-1 C
Baku
Sunday, December 15, 2024

İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsindən ayrılıb

İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Bayram oğlu Əhmədov vəzifəsindən ayrılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Əldə edilən digər məlumata əsasən, Rəşad Əhmədov “Azərbaycan Sənaye Sığorta” ASC-nin Müşahidə Şurasına sədr təyin edilb.

O, 2018-ci ilin iyun ayından indiyə kimi İcbari Sığorta Bürosunda icraçı direktoru idi.

Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD).

O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-ci illərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri, 2018-ci ilin yanvar ayından iyun ayına kimi Müşahidə Şurasının üzvü olub.

Son xəbərlər
Digər xəbərlər