15 C
Baku
Saturday, April 20, 2024

İcbari sığorta növləri üzrə aktual məsələlər

Ölkədə sığorta sisteminin inkişafında, xüsusən də bir çox sığorta şirkətinin fəaliyyətində əsas yeri tutan icbari sığorta növləri üzrə əksəriyyətin məlumatsız olmasını nəzərə alaraq, bu növlər üzrə ən aktual məsələləri diqqətinizə çatdırırıq.

1) Ünvanlı dövlət sosial yardım alan şəxslərin yaşayış evi və ya mənzili olan daşınmaz əmlakı istədiyi sığorta şirkətində və dövlət hesabına edilir. Bunun üçün sadəcə bu kateqoriyaya aid olmaq kifayətdir.

2) Avtomobil sahibləri üçün nəzərdə tutulan icbari sığorta növü üzrə bonus-malus tətbiq edilir. Belə ki, şəxsin 1 sığorta ili ərzində heç bir hadisəsi baş verməzsə, növbəti il üçün sığortalanma zamanı endirim, təqsiri nəticəsində baş verən hadisə olduqda isə əlavə sığorta haqqı tətbiq edilir.

3) Qəzalı, natamam, sökülmək üzrə olan tikililərə görə icbari sığortalatmaq tələbi yoxdur.

4) İcbari olan avtomobil sahiblərinin sığortası üzrə sürücü təqsirli olub və sərxoş, etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan, hadisə yerindən yayınmaqla yaxud sərxoşluq müayinəsindən imtina etmiş halda hadisə törədərsə, sığorta şirkəti zərərçəkmişə ödədiyi məbləği tam həcmdə geri tələb etmək hüququna malikdir. Bu hüquq subroqasiya adlanır.

5) İcbari olan avtomobil sahibinin sığortası və daşınmaz əmlakın icbari sığortası növləri üzrə elektronlaşma aparıldığı üçün şəhadətnamə də elektron olsa da, şəxs şəhadətnamənin və yaddaş vərəqinin surətini tələb edib, ala bilər.

6) İstehsalatda bədbəxt hadisələrdən sığorta etdirməyən sahibkarın işçisinin iş zamanı bədbəxt hadisə yaxud peşə xəstəliyi ilə əlaqədar sağlamlığına zərər dəyərsə, sahibkar tam sığorta həcmində öhdəlik daşıyır. İşçi bu növ üzrə sığorta etdirilibsə, bədbəxt hadisə barədə təhqiqat nəticələri və ya peşə xəstəliyi üzrə tibb müəssisəsinin rəyi nəzərə alınaraq, şəxsə yaxud ailə üzvləri və ya vərəsələri sığorta ödənişi almaq hüququna malikdir.

7) Dövlət Sığorta şirkətindən alınan şəxsi sığorta növləri üzrə dövlət qurumlarından sənədləri toplayıb, sığorta şirkətinə təhvil vermək öhdəliyi zərərçəkmiş yaxud ailə üzvlərinin üzərindədir.

8) İcbari sığorta növləri üzrə (daşınmaz əmlak istisna) franşiza – azadolma məbləği tətbiq edilmir

9) İcbari daşınmaz əmlak sığortası üzrə yalnız qanunla müəyyən edilən təbii fəlakətlərə görə təminat verilir. Belə ki adi külək nəticəsində dəyən zərər təminatdan kənar qalsa da, fırtınanın fəsadları təminata daxildir.

10) İcbari növlər üzrə sığorta şirkətləri hadisə barədə xəbərdar olduqdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını təqdim etmək öhdəliyi daşıyır.

İstər icbari, istərsə də könüllü növlər, yaxud həyat və ya qeyri-həyat sığorta fəaliyyəti ilə bağlı yaranan bütün məsələlərdə bu işin peşəkarlarına üz tutmaq tövsiyə olunur.

 

“İnsurance Consalting Service” MMC-nin direktoru Aqil Nuriyev

Son xəbərlər
Digər xəbərlər