Mart ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 61 mindən çox olmuşdur.
Banker.az xəbər verir ki, 2014-cü ilin mart ayında 61,215 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 19,8 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,4 milyon manatdan çox olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,7%, sığorta haqlarının məbləğində 2,4% artım müşahidə edilmişdir.