-3 C
Baku
Sunday, December 15, 2024

İcbarı sığorta üzrə ödənişlər 300 dəfə artıb

Dövlət Sığorta nəzarəti Xidmətinin dərc etdiyi statistik göstəricilərə (2013-cü ilin noyabr ayı) əsasən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə edilən ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 319 dəfə artıb, halbuki sığorta haqlarında 5% azalma müşahidə olunub.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası dedikdə, mexaniki avtonəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi zamanı digər insanların sağlamlığına, həmçinin onların avtomobillərinə və ya digər əmlaklarına vurduğu zərərin əvəzinin ödənilməsi başa düşülməlidir. Yəni siz avtomobilinizi icbarı sığorta etdirirsiniz və sizin səhviniz səbəbindən hadisə nəticəsində digər fiziki şəxsə və ya onun avtomobilinə (həmçinin yolda dayanan reklam şitinə, işıqfora və s) zərər dəyərsə, bunu icbarı sığortanı etdirdiyiniz sığorta .şirkəti ödəyir..

2013

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

65,227,097.39

23,602,560.84

2012

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

68,585,850.90

5,623,234.27

Artım dinamikası

– 4.89%

319.73%

icbari-s

Son xəbərlər
Digər xəbərlər