12 C
Baku
Monday, November 25, 2024

İcbari sığorta üzrə yığımlarda, ödənişlərdə artdı

2022-ci ilin yanvar-mart aylarında icbari sığorta üzrə yığımlar 64 mln. 435 min manat, ödənişlər isə 22 mln. 329 min manat olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, cari ilin yanvar-mart ayında icbari sığorta üzrə yığımlar 8.3%, ödənişlər isə 5.4% artıb.

İcbari həyat sığortası üzrə yığımlar 17 mln. 66 min manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 5 423 min manat artım olması deməkdir. İcbari həyat sığortası ilə bağlı ödənişlər isə 346 min manat artaraq 796 min manat olub.

Qeyri-həyat sığortası üzrə yığımlar isə 10.1% artaraq 47 mln. 369 min manat, ödənişlər isə 5.4% artaraq 21 mln. 533 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər