12 C
Baku
Friday, May 17, 2024

İcbari sığortalanan avtomobillərin sayı artıb

Bu ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 75 590 müqavilə qeydiyyata alınıb.

Büroya verdiyi xəbərə görə, bunların 8 974 ədədi xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Ümumilikdə, fevral ayı ərzində standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 mln. manat olub. Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18,2%, sığorta haqlarının məbləğində isə 24,7% artım müşahidə edilib.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər