10 C
Baku
Thursday, December 12, 2024

İcbari sığortalar üzrə informasiya sistemini məlumatlarla təchiz edəcək qurumlar müəyyənləşib

İcbari sığortalar üzrə informasiya sistemini məlumatlarla təchiz edəcək qurumlar müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan aşağıdakı məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir:

Həmin qurumlar aşağıdakılardır:

Daxili İşlər Nazirliyi -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar;

Dövlət Miqrasiya Xidməti- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən müvafiq icazə vəsiqələrində əks olunan məlumatlar;

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi- hüquqi şəxslərin (filial və nümayəndəliyin) adı, VÖEN-i və hüquqi ünvanı barədə məlumatlar.

Eyni zamanda fərmana görə, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində, habelə avtomobil nəqliyyatı vasitələrindəki sərnişin yerlərinin sayı barədə məlumatları isə (Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyata alınmış) və dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” qanunda göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

Son xəbərlər
Digər xəbərlər