1 C
Baku
Saturday, December 14, 2024

İcbari sığortalar üzrə müqavilələr ilin sonunadək elektronlaşdırılacaq

Bu ilin sonuna kimi bütün icbari sığortalar üzrə kağız müqavilələrdən imtina edilərək elektron müqaviləyə keçiləcək.

Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.

O bildirib ki, may ayının sonuna kimi daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq: “Proses iyun ayına kimi uzana bilər. Artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya bitib”.

Rəşad Əhmədov əlavə edib ki, bundan sonra sərnişinlərin fərdi qəza sığorta müqavilələri elektronlaşdırılacaq və “Yaşıl Kart” istisna olmaqla digər bütün kağız sığorta müqavilə daşıyıcıları elekron müqavilələrlə əvəzlənəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər