28 C
Baku
Sunday, June 26, 2022

İcbari sığortanın tətbiqi zamanı ƏDV əlavə olunacaq

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı baza zərfinə daxil olan tibbi xidmətlərin tariflərinə 18 faiz əlavə dəyər vergisi (ƏDV) əlavə olunacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov bildirib ki, həmin ƏDV Agentlik tərəfindən ödəniləcək. Şöbə müdirinin sözlərinə görə, onun əsasında agentlik tərəfindən tibb podratçısına ödəniş həyata keçiriləcək.

V.Qurbanov qeyd edib ki, ölkədə tibbi sığortanın 2 növü tətbiq edilir, könüllü və icbari tibbi sığorta: “Bəzən cəmiyyətdə könüllü tibbi sığorta xidməti ilə icbari tibbi sığorta xidməti qarışdırılır. Könüllü tibbi sığorta zərfləri özəl sığorta şirkətləri tərəfindən hazırlanır. Onlar müxtəlif sığorta məbləğləri qarşılığında fərqli təminat zərfləri təqdim edirlər. Amma icbari tibbi sığortada prosesin tənzimlənmə mexanizmi fərqlidir. İcbari tibbi sığorta sosial layihədir və əsas məqsədi əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir”.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər