16 C
Baku
Friday, October 18, 2024

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 74,9 mini keçib

Cari ilin sentyabr ayında 74,936 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 milyon manatı ötmüşdür. 

Banker.az İcbari sığorta bürosuna intinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2 %, sığorta haqlarının məbləğində 5 % artım müşahidə edilmişdir.

Ümumilikdə cari ilin ilk 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 milyon manat təşkil etmişdir.

2014-cü ilin ilk 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,92 %, sığorta haqlarının məbləğində isə 6,1 % artım müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər