9 C
Baku
Saturday, January 11, 2025

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 92,1 mini keçdi

Oktyabr ayında icbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı 92,1 mindən çox olmuşdur.

Banker.az İSB-a istinadən xəbər verir ki, 2014-cü ilin oktyabr ayında 92,149 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manatı ötmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 26,14%, sığorta haqlarının məbləğində 27,2 % azalma müşahidə edilmişdir.

Ümumilikdə cari ilin ilk 10 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 780 mindən çox sığorta müqaviləsi bağlanılmış və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 59,1 milyon manat təşkil etmişdir.

2014-cü ilin ilk 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,72 %, sığorta haqlarının məbləğində isə 0,26 % artım müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər