İcbari tibbi sığorta bu şəxlərə tətbiq olunmayacaq – Açıqlama

İcbari tibbi sığorta müddətli həqqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə  növündə cəza çəkən şəxlərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) şamil edilmir.

Banker.az Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin verdiyi məlumata əsasən xəbər verir ki, Miqrasiya Məcəllləsinə əsəsən Azəraycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətandaşlığı olmayan şəxlərə də icbari tibbi sığorta tətbiq olunmur.

Qeyd edək ki,  ölkənin 59 şəhər və rayonunda qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortanın xidmətlərindən yararlanırlar. 1 aprel 2021-ci ildən sistemin tətbiqi bütün ölkə üzrə həyata keçiriləcək.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.