2 C
Baku
Thursday, February 29, 2024

“İcbari tibbi sığorta çərçivəsində səhiyyədə maaşlar 3 dəfə artıb”

“Azərbaycanda icbari tibbi sığortanın əhatə etdiyi dövlət xəstəxanalarında kifayət qədər yüksək əməkhaqqı verilir. Əvvəlki vaxtla müqayisədə səhiyyədə maaşlar 3 dəfə artıb”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində maliyyə naziri Samir Şərifov bildirib.

“İcbari tibbi sığorta ilə əhatəlilik məsələsində Maliyyə Nazirliyinin xüsusi fikri yoxdur. Bu, daha çox sahəvi problemdir və hesab edirəm ki, aidiyyəti dövlət qurumları bu istiqamətdə hansısa ideyalar versə, onların maliyyə təminatı məsələlərinə biz şübhəsiz ki, baxıb təkliflərimizi təqdim edəcəyik. Amma yəqin ki, növbəti ilə təqdim olunan büdcə layihəsində bunları etmək qeyri-mümkün olacaq. Mən xahiş edərdim ki, mövcud səhiyyə xərcləri çərçivəsində nə etmək mümkündürsə, bu formada baxaq”, – o deyib.

Nazir özəl tibb müəssisələrində əmək haqlarının dövlət tibb müəssisələri ilə müqayisədə yüksək olmasına da münasibət bildirib: “Buradakı fərq əsasən gəlir vergisi ilə bağlıdır. Bildiyiniz kimi, Vergi Məcəlləsinə 2026-cı ilə qədər qüvvədə olacaq bir dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, dövlət sektorunda və neft sektorunda çalışanların əməkhaqqı ənənəvi şəkildə gəlir vergisinə cəlb olunur. Qeyri-dövlət sektorunda və qeyri-neft sektorunda çalışanların əməkhaqqının 8 000 manata qədər olan hissəsi isə gəlir vergisinə cəlb olunmur. Ona görə də burada müəyyən fərq yaranıb. Biz qəbul edilmiş qərara hörmətlə yanaşmalıyıq. 7 illik güzəşt verilib və məqsəd o idi ki, özəl sektor əməkhaqqını tam bəyan etsin. Yəni bu məsələlərdə daha çox şəffaflıq olsun və nəticə etibarı ilə vergitutma bazamız yüksəlsin”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər