16 C
Baku
Friday, November 22, 2024

İcbari tibbi sığorta çərçivəsində istifadəsinə təminat veriləcək dərmanlar xidmətlər zərfi ilə müəyyən ediləcək

Tibbi sığorta əhalinin sosial müdafiəsi forması olmaqla həm də əhalinin dərman və tibb vasitələri ilə təchizatına təminat verəcək.

Bu, Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanların tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edcək.

Başqa sözlə, qüvvədə olan qanuna əsasən, hazırda xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Layihəyə əsasən, xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu olacaq.

Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə, dərman vasitələrinin pozitiv siyahısı xidmətlər zərfində nəzərdə tutulmuş dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin məcmusudur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər