2022-ci ilin yanvar-oktyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 662 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39.4% artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 50.7% artaraq 461.6 milyon manat təşkil edib.