17 C
Baku
Friday, October 18, 2024

İcbari tibbi sığorta ilə bağlı konsepsiya hazırlanıb – VİDEO

Plana uyğun olaraq hazırlıq işlərinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur

İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı xarici ölkələrin təcrübələri öyrənilir, Azərbaycan üçün uğurlu model axtarılır. Plana uyğun olaraq hazırlıq işlərinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

“İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı müəyyən konsepsiya hazırlanıb və bu sahədə xeyli işlər görülüb. Lakin sistemin strukturu tam formalaşmayıb”.

İcbari Tibbi Sığorta Agentliyinin işi ilə tanışlığı zamanı açıqlama verən baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ölkədə səhiyyənin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yaxın 5 həftə ərzində icbari tibbi sığorta modeli müəyyənləşdiriləcək. İlkin mərhələdə prosesə dövlət xəstəxanaları, eləcə də özəl xəstəxanalar cəlb edilə bilər. Qan dövranı xəstəlikləri də icbari tibbi sığorta paketinə salına bilər

“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:

 

Son xəbərlər
Digər xəbərlər