13 C
Baku
Friday, November 22, 2024

İcbari tibbi sığorta ilə bağlı müştərək maliyyələşmə daha bir il müddətinə təxirə salınacaq

Azərbaycanda icbari tibbi sığorta ilə bağlı müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə təxirə salınacaq.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda nəzərdə tutulan sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Əvvəllər isə bu qaydanın tətbiqi 2022-ci il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulurdu.

Bununla da 2023-cü il 1 yanvar tarixindən ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər