11 C
Baku
Tuesday, November 26, 2024

İcbari tibbi sığorta ilə bağlı pilot layihələr bu yaxınlarda həyata keçiriləcək

Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə əlaqədar pilot səviyyədə layihələr bu yaxınlarda həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Yevlax rayonu və Mingəçevir şəhərində pilot şəkildə bir neçə ay ərzində nəzərdə tutulan prinsiplər əsasında icbari tibbi sığorta tətbiq ediləcək və o nəticələr əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

Baş nazirin müavini vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb, onlara baxılır və lazımi ekspertizadan keçirilməlidir:

“Bizim burada qarşımıza qoyduğumuz iki əsas hədəf var. Birincisi, icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq”.

Son xəbərlər
Digər xəbərlər