23 C
Baku
Friday, April 19, 2024

İcbari tibbi sığorta regionlarda hansı tarixdən tətbiq olunacağı təsdiqləndi

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nı Nazirlər Kabineti təsdiqləyib.

Banker.az xəbər verir ki, bunu bu gün, 27 dekabr 2019-cu il tarixdə Baş nazir Əli Əsədov imzalayıb.

1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci madəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinə 2020-ci il ərzində aşağıdakı ardıcıllıq nəzərə alınmaqla başlanılır:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

1.2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

1.3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

1.4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında.

Son xəbərlər
Digər xəbərlər