12 C
Baku
Sunday, October 27, 2024

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 28 milyon manatlıq dərman alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Referans Pharmaceuticals” MMC, “Zeytun Pharmaceuticals” MMC və “Avromed Company” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu üç müqavilənin məbləği isə 27 milyon 834 min manatdır və müqavilədə tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması nəzərdə tutulur.

“Avromed Company” QSC ilə bağlanmış müqavilənin məbləği isə 8 572 168 manat, “Referans Pharmaceuticals” ilə olan müqavilənin məbləği 15 862 954 manat, “Zeytun Pharmaceuticals” MMC ilə bağlanmış müqavilənin məbləği isə 3 399 200 manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər