10 C
Baku
Bazar, Dekabr 5, 2021

İcbari tibbi sığorta üzrə məlumat bazasının istifadə qaydası təsdiq edildi

İcbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar yaradılmışdır.

Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

Qəbul edilmiş Qərar icbari tibbi sığorta xidmətlərinin göstərilməsi ilə əlaqədar icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılmasını və istifadə qaydasını, həmin məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, məlumat mübadiləsinin təşkilini və məlumatlara buraxılış dərəcəsini tənzimləyir.

Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

Son xəbərlər
Oxşar xəbərlər
X