28 C
Baku
Saturday, July 27, 2024

İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının necə istifadə olunacağı müəyyənləşib

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarını izah edib.

NK-dan  verilən məlumata görə, qərara əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatı yaradır.

Həmin vəsaitdən  inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə Agentliyin xərcləri artdıqda istifadə olunur.

Sığorta ehtiyatlarının istifadəsinə əsas verən hallar və həmin halların baş verməsi zamanı ehtiyatların istifadə olunması Agentliyin qərarı əsasında müəyyən olunur və Agentliyin sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər