İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Garant Plus” MMC ilə 1.6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə tibbi və digər avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 599 986 manatdır.
Qeyd edək ki, “Garant Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Həsənağa İlyaslıdır.