10 C
Baku
Friday, December 13, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iki vakansiya elan edir

1. Filial müdiri

Vəzifə öhdəlikləri:

• Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının Mərkəzi Xəstəxanalarında sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
• Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
• Tibbi xidmətlərin satınalınması ilə bağlı Agentliyə müvafiq təkliflərin verilməsi;
• Region üçün səhiyyə xərclərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabat və məlumatların hazırlanması və Agentliyə təqdim edilməsi;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
• Region üçün illik büdcənin formalaşdırılması məqsədilə müvafiq təkliflərin Agentliyə təqdim edilməsi;
• Tibb müəssisələrində işlərin avtomatlaşdırılması sahəsində metodiki köməkliyin göstərilməsi və bu sahədə Agentliyin aparatı ilə sıx əməkdaşlıq;
• Görülmüş işlər barədə yarımillik və illik hesabatların Agentliyə təqdim edilməsi;
• Tibbi statistik məlumatların işlənilməsinin təmin edilməsi, bununla əlaqədar müvafiq araşdırma və təhlillərin aparılması və prosesə nəzarət ;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarətin həyata keçirilməsi;
• Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
• Filialın səmərəli işinin təmin edilməsi;
• Agentliyin İdarə Heyəti ilə effektiv komunikasiya və iş strategiyasının qurulması;
• Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə  mütəmadi hesabatın təmin edilməsi.

Vəzifə üçün tələblər:

• Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
• 5 ildən az olmayaraq inzibati sahədə əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində iş təcrübəsi arzuolunandır);
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
• İngilis və rus dilləri üzrə normal səviyyədə danışıq və yazı bacarıqları;
• Ofis proqramları üzrə biliklər.

Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 15.07.2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 310-07-70.

Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


2. Tibbi ekspert vəzifəsinə vakant yer elan edir.

Vəzifə öhdəlikləri:

• Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının Mərkəzi Xəstəxanalarında sığorta işinin həyata keçirilməsində iştirak və ona nəzarət;
• Sığorta işinin “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması;
• İlkin səhiyyə xidmətinin təşkilində iştirak;
• Regional vəziyyəti və konkret sığorta xidmətlərinə olan tələbatın öyrənilməsi;
• Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
• Tibb təchizatçıları tərəfindən təqdim olunan göstərilmiş tibbi xidmətlərin reyestrlərinə ilkin, texniki və tibbi-iqtisadi dəyərləndirmənin həyata keçirilməsi;
• Xəstəxanadaxili tibbi ekspertizanın həyata keçirilməsi;
• Sığorta hadisəsi zamanı sığorta olunana tibbi xidmətin keyfiyyətinə (yoxlama periodundan kənar vaxtda tibbi ekspertiza) nəzarət edilməsi;
• Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və ya tibbi personal ilə görüşlərin keçirilməsi;
• Tibb təchizatçıları arasında tibbi xidmətin təşkili ilə əlaqədar yaranmış mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
• Tibb təchizatçıları ilə əməkdaşlıq müqavilələrinin imzalanması üçün tələb olunan prosedurların həyata keçirilməsi;
• Daxil olan müraciətlərin öz səlahiyyətləri daxilində araşdırılması və cavablandırılması;
• Gündəlik işi barədə hər iş gününün əvvəlində və sonunda, həftə ərzində görülmüş və planda nəzərdə tutulmuş işlər barədə hər həftənin sonuncu iş günü koordinatorun tələblərinə uyğun olaraq yazılı və ya şifahi hesabat və məruzələrin təqdim edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

• Ali tibbi təhsil, müvafiq sahə üzrə minimum 2 il iş stajı;
• 3 ildən az olmayaraq ümumi əmək stajı;
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
• Vətəndaşlarla ünsiyyət qurmaq bacarığı;
• İngilis və rus dilləri üzrə normal səviyyədə danışıq və yazı bacarığı;
• Ofis proqramları üzrə biliklər .

Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 15.07.2018-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 310-07-70.

Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər