10 C
Baku
Thursday, December 12, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü il üzrə büdcəsində dəyişiklik edilib

2023-cü ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs üzrə xərclərinin həcmi azaldılıb.

Banker.az xəbər verir  ki, bu barədə Azərbaycan Prezidentinin fərmanında qeyd edilir.

Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü il üzrə xərcləri 2 241 239 633 manatdan 2 301 959 633 manata qədər azaldılıb.


 

“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlir və xərclərini dürüstləşdirmək məqsədilə qərara alıram:

“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1459) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bəndin “Məbləğ (manatla)” sütununda “2.241.239.633,0” rəqəmləri “2.301.959.633,0” rəqəmləri ilə əvəz edilsin.

2. 3.1.4-cü yarımbənd üzrə:

2.1. “Məbləğ (manatla)” sütununda “1.803.778.570,0” rəqəmləri “1.873 778.570,0” rəqəmləri ilə əvəz edilsin;

2.2..1-ci abzasın “Məbləğ (manatla)” sütununda “1.653.778.570,0” rəqəmləri “1.625.778.570,0” rəqəmləri ilə əvəz edilsin;

2.3..2-ci abzasın “Məbləğ (manatla)” sütununda “150.000.000,0” rəqəmləri “248.000.000,0” rəqəmləri ilə əvəz edilsin.

3. 3.1.6-cı yarımbənd üzrə:

3.1..“Məbləğ (manatla)” sütununda “174.809.683,0” rəqəmləri “165.529.683,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2-ci abzasın “Məbləğ (manatla)” sütununda “4.000.000,0” rəqəmləri “2.720.000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3..3-cü abzasın “Məbləğ (manatla)” sütununda “50.000.000,0” rəqəmləri “30.000.000,0” rəqəmləri ilə əvəz edilsin;

3.4..4-cü abzasın “Məbləğ (manatla)” sütununda “40.000.000,0” rəqəmləri “55.000.000,0” rəqəmləri ilə əvəz edilsin;

3.5. 7-ci abzasın “Məbləğ (manatla)” sütununda “10.000.000,0” rəqəmləri “7.000.000,0” rəqəmləri ilə əvəz edilsin.

 

4. 3.3-cü bəndin “Məbləğ (manatla)” sütununda “70.000.000,0” rəqəmləri “9.280.000,0” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2023-cü il

Son xəbərlər
Digər xəbərlər