18 C
Baku
Sunday, September 8, 2024

İcbari tibbi sığortanın ilkin tətbiqi hansı rayondan başlanacaq?

“İcbari tibbi sığorta haqqında” Qanunun qəbul olunmasına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasına baxmayaraq, icbari tibbi sığrotanın tətbiqi hər il gecikirdi. Bununla bağlı dövlət büdcəsindən hər il müəyyən qədər vəsait ayrılsa da, ilin sonunda həmin vəsait yenidən büdcəyə qayıdırdı. 2016-cı il büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov gələn ildən icbari tibbi sığortanın tətbiqinin reallaşacağını bildirmişdi. Eyni zamanda prezidentin sərəncamı ilə İcbari Tibbi Sığrota üzrə Dövlət Agentliyinə Zaur Əliyev direktor təyin edilib.

Bəs icbari tibbi sığortanın gələn ildən necə və ilkin olaraq hansı rayonlarda tətbiq edilməsinə başlanılacaq? Bura vəsaitlər necə yığılacaq? Bundan vətəndaşlar bütün xəstəxanalara müraciət edərək, yararlana biləcəklərmi?

Modern.az-ın bu və ya digər suallarını cavablandıran Milli Məclisin Sosial siyasətkomitəsinin sədri Hadı Rəcəbli bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyinatından sonra qurumun Əsasnaməsi təsdiq olunmalıdır.

“Bu günlərdə Nazirlər Kabineti onun Əsasnaməsi təsdiq etməlidir. Bundan əlavə, məsələnin tətbiqi üzrə pilot rayonlar müəyyənləşməli və sonra icbari tibbi sığorta həyata keçirilməlidir”.

Deputat eyni zamanda icbari tibbi sığorta ilə bağlı nümunə götürülən ölkələri də qeyd edib.

“Bununla bağlı Baş nazirin müavini Əli Əhmədov bir sıra görüşlər keçirib, Xorvatiya, Türkiyənin təcrübəsi öyrənilib. Bir neçə məqamlar dəqiqləşməldirir ki, əmək haqqının necə faizi tibbi sığortaya cəlb olunacaq… Bu məsələdə dövlətin və insanların payı müəyyənləşməlidir, eyni zamanda hansı xəstəliklərin müalicəsi üçün pul ayrılacağı dəqiqləşdirilməlidir. Məsələn, Rusiyada 200 xəstəlik tibbi sığrotaya cəlb olunur. Bunların fetalları zaman-zaman həllini tapacaq ki, vəsaitin nə qədərini işə götürən, nə qədərini işçi verəcək”.

Hadı Rəcəblinin sözlərinə görə, müəyyən müddət lazımdır ki, icbari tibbi sığorta vəsaiti yığılsın.

“Eyni zamanda maliyyələşməyə baxmalıyıq ki, dövlət büdcəsindən və özəl sahədən nə qədər yığılıb. Bunlar hamısı müəyyənləşməlidir ki, Əsasnamədən sonra bu detallar da yavaş-yavaş dəqiqləşəcək”.

Son xəbərlər
Digər xəbərlər