“Fevral ayının 15-nə qədər 23 rayon üzrə İcbari Tibbi Sığortanın tətbiq edildiyi tibb müəssisələrinə 381 482 nəfərdən 607 063 müraciət daxil olub. Orada 1 321 592 tibbi xidmət göstərilib”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, fevralın 15-nə olan nəticələrə görə, daha çox müraciət edən regionların siyahısı bəlli olub:
“Belə ki, Mingəçevir şəhəri üzrə vətəndaşların müraciət sayı 76 992, Yevlax rayonu üzrə 48 325, Xaçmaz rayonu üzrə 43 030, Şəki rayonu üzrə 42 896, Qəbələ rayonu üzrə 42 874 nəfər müraciət edib”.
Z.Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi – Şəki – Zaqatala, Bərdə – Yevlax, Quba – Xaçmaz, Göyçay – Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb”.
©Oxu.az