12 C
Baku
Wednesday, December 11, 2024

İcbari tibbi sığortaya daxil edilən bəzi əməliyyatlar üzrə illik limit sayı artırılır

İcbari tibbi sığortanın Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər olan koxlear implantasiya əməliyyatının sayının 400-ə, endoprotezləşdirmə əməliyyatının isə 600-ə qədər artırılması təklif edilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi cərrahi əməliyyatlarının hər biri üzrə illik limitin sayı 300-dür.

Məlumata əsasən, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir: “Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib”.

 

 

Son xəbərlər
Digər xəbərlər