10 C
Baku
Sunday, December 22, 2024

İcbari Tibbi Sığortaya keçid həkim pasient münasibətlərini dəyişəcək

İcbari Sığortaya keçid Azərbaycan səhiyyə sistemində hansı dəyişiklikləri yarada bilər?

Baş nazirin müavini, Əli Əhmədov:

İnsanlarda fikirləşir ki, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ən təsirli addım icbari tibbi sığortaya keçid ola bilər

İcbari tibbi sığorta ilə bağlı cəmiyyətdə müşahidə olunan gözləntilər həm də onunla əlaqədardır ki, insanların əksəriyyəti dünyanın bütün ölkələrində sözügedən sistemin fəaliyyət göstərdiyindən xəbərdardır. Hər kəs məntiqi olaraq düşünür ki, bir halda, bütün dövlətlər icbari tibbi sığorta yoluna keçiblər, deməli, Azərbaycanın səhiyyəsi də bu mexanizmdən kənarda qalmamalıdır. Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir. Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik.

İcbari Tibbi Sığorta imkan verəcək ki,   vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə bilsin

Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq. Səhiyyə müəssisəsinin maliyyələşməsi də eyni prinsip əsasında həyata keçiriləcək. Nəticədə səhiyyə üçün ayrılan dövlət vəsaiti hesabına daha çox sayda pasientə daha keyfiyyətli tibbi xidmət göstərmək mümkün olacaq. Bax bu, ayrıca vurğulamaq istəyirəm, icbari tibbi sığorta sisteminin ikinci mühüm mənası, daha doğrusu, üstünlüyü sayılmalıdır.

3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olacaq

 Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir. Səhiyyədə müşahidə olunan ümumi meylin biri ondan ibarətdir ki, tibbi xidmətlər bahalaşır. Müasir avadanlıqlar, dərman vasitələri və s. tibbi ləvazimatlar və ya alətlər təkcə keyfiyyəti ilə yox, həm də qiymətinin baha olması ilə fərqlənir. Deməli, müalicənin bahalaşması qaçılmazdır. Dünyanın bütün ölkələrinin qarşılaşdığı bu problem Azərbaycanda özünü göstərməyə bilməz. Çalışmaq lazımdır ki, səhiyyə maliyyə qıtlığı hiss etməsin və ya həddən artıq çox hiss etməsin. İcbari tibbi sığortaya dövlətlə yanaşı, insanlar və bütünlükdə cəmiyyət nə qədər həssas yanaşsalar, keyfiyyətli tibbi xidmətin maliyyə əsası da o qədər etibarlı olar.

İcbari tibbi sığorta bir sıra inzibatı vəsitələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək

İcbari tibbi sığorta sistemi istər-istəməz tibbi xidmətlərin optimal qiymətlərinin müəyyən edilməsi tələbini irəli sürür. Tibbi xidmətləri satan səhiyyə müəssisəsi ilə onu alan icbari tibbi sığorta təşkilatı arasında münasibətlər bu qiymətlər müəyyən edilmədən mümkün deyil. Tibbi xidmətlərin qiymətlərinin müəyyənləşməsi müvafiq müayinə və müalicə standartlarının (protokolların) təsdiq edilməsini nəzərdə tutur. Belə standartlar (protokollar) olmadan müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparıldığından konkret müayinə və müalicə zamanı heç də lazım olmayan xidmətlərin göstərilməsi, dava-dərmanın təyin edilməsi ehtimalı yüksək olur. İcbari tibbi sığorta zamanı standartlarsız (protokollarsız) müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər.

Son xəbərlər
Digər xəbərlər