15 C
Baku
Sunday, November 24, 2024

ICGB DESFA ilə IGB-nin Yunanıstanın qaz nəqli sisteminə qoşulmasına dair saziş imzalayıb

Yunanıstan-Bolqarıstan interkonnektorunun (İGB) operatoru ICGB şirkəti Yunanıstanın DESFA şirkəti ilə bu boru kəmərinin Komotinidəki birləşmə nöqtəsində (IP Komotini) Yunanıstanın qaz nəqli sisteminə birləşdirilməsi haqqında saziş imzalayıb.

Bu barədə ICGB-nin məlumatında bildirilir.

Məlumatda bildirilib ki, IGB boru kəməri artıq Trans-Adriatik Boru Kəmərinə (TAP) və “Bulgartransgaz”ın operatoru olduğu Bolqarıstanın təbii qaz nəqli sisteminə qoşulub. DESFA ilə sazişin imzalanması nəticəsində IGB qaz kəməri Komotinidəki birləşmə nöqtəsində Yunanıstanın qaz nəqli sisteminə qoşulacaq”.

Qeyd olunub ki, saziş bu il oktyabrın 1-dən istismara verildikdən sonra Aleksandrupolisdəki LNG terminalından tədarük ediləcək qazın “IP Komotini DESFA/ICGB” vasitəsilə IGB boru kəməri ilə nəqlinə imkan verəcək.

“Bu saziş qazın Cənub-Şərqi və Mərkəzi Avropaya nəqli üçün yeni marşrut yaratmaqla LNG terminalından IGB vasitəsilə nəqlini mümkün edəcək”, – məlumatda vurğulanıb.

ICGB xatırladır ki, hasilat sistemlərinin operatorlarının müvafiq təsdiqindən sonra “İP Komotini DESFA/ICGB” birləşmə nöqtəsinin bu il oktyabrın 1-dən istismara verilməsi planlaşdırılır.

“Qoşulma oktyabrın 1-dən sonra təhlükəsiz istismarı təmin etmək üçün təbii qaz həcmlərindən istifadə edilməklə artıq uğurla sınaqdan keçirilib”, – məlumatda bildirilib.

Operatordan bildirilib ki, oktyabr ayında keçirilən ötürücülük gücü üzrə hərracda ICGB “IP Komotini”də gündə 48 milyon 44,459 min kVt/saat güc təklif edib. Şirkət həmçinin qeyd edib ki, hazırda IGB qaz kəmərinin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetr təşkil edir və illik 5 milyard kubmetrə çatdırıla bilər.

“ICGB şaxələndirilmiş mənbələrdən təbii qaz tədarükünə çıxışı təmin etmək üçün ötürücülük qabiliyyətini genişləndirir. Bu, həm də regiondakı qaz operatorlarını, o cümlədən Moldova və Ukraynanı birləşdirən Şaquli Qaz Dəhlizi çərçivəsində mühüm layihədir”, – məlumatda bildirilib.

Xəbər verildiyi kimi, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə (“DESFA SA”) və Trans-Adriatik Boru Kəmərinə (“TAP AG”), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə (“Bulgartransgaz EAD”) birləşir.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, boru kəmərin diametri 32 düym, layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində illik 3 milyard kubmetrə qədərdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər