15 C
Baku
Friday, March 29, 2024

Ichak Adizes: “Bunu yalnız lider anlar!”

Ichak Kalderon Adizes  – amerikalı və makedoniyalı yazıçı, biznesin idarə olunmasında effektivliyin artırılması sahəsində və rəhbərlik fəaliyyətində köklü dəyişikliklər yolu isə uğurun əldə edilməsindən bəhs edən yazıçıdır.

Menecmentin “Ördək nəzəriyyəsi”: suyun üzərində üzən ördək kənardan çox sakit və təlaşsız görünür. Lakin onun suyun altında olan ayaqları çox sürətlə hərəkət edir.

  • Əgər iki insan hər şeylə bağlı eyni fikirlə razılaşırlarsa, onlardan biri olmadan da keçinmək olar.
  • Əksər hallarda fəaliyyətsizlik, fəaliyyətdən daha baha başa gəlir.
  • Biznesdə başqasının problemi sizin potensial imkanınızdır və əksinə.
  • Həyatımda qovulmaqla bəxti gətirmiş bir çox sahibkara rast gəlmişəm. Əgər onları yerindən tərpətməsəydilər, onlar heç vaxt yeni işin qulpundan yapışmazdılar.
  • Bütün məsələ ondadır ki, adətən 1 menecer eyni anda 10-larla problemi həll edir. 10 menecer eyni anda 1 problem ilə məşğul olsaydı bundan daha yaxşı olardı.
  • Bürokrat detallara inanılmaz dərəcədə çox zaman sərf edir. O belə hesab edir ki, düzgün işi yerinə yetirməkdənsə, işi düzgün yerinə yetirmək daha yaxşıdır. Başqa sözlə desək, o təxminən düzgün işə yaxın olan qeyri-düzgün fəaliyyət növünə üstünlük verir.
Son xəbərlər
Digər xəbərlər