1 C
Baku
Saturday, December 14, 2024

İchimoku indikatoru

İndikator İchimoku (tam adı –İchimoku Kinko Hayo) adətən yeni başlayan treyderlərdə dərin ehtiram hissi oyadır, bir neçə parlaq xətlər dəsti və “rəngli” buludlar – bütün bunlar o qədər qeyri adi təsir bağışlayır.

Həqiqətən də, Yaponiyada yaradılmış bu indikator ənənəvi qərb indikatorlarına bənzəmir. .

İndikatorun müəllifi – yapon əsilli Hosada fond bazarının analitikidir. Öz analitik işlərini o, Sandcin İchimoku təxəllüsü ilə yazdığı üçün, indikator da öz adını buradan götürüb.

Hosadanın əsas məqsədi Nikkei fond indeksinin hərəkətini proqnozlaşdıran indikator yaratmaq idi, bu indikator Tokio fond birjasında kotirovka edən aparıcı yapon kompaniyalarının səhmlərinin dinamikası əks etdirməli idi. İndikator bəyənildiyi üçün, onu həm də digər indekslərin və maliyyə alətlərinin hərəkətinin analiz etməkdən ötrü tətbiq etməyə başladılar.

Foreks treyderləri və analitikləri də İchimoku Kinko Hayoya diqqət yetirirlər – məlum olur ki, o, beynəlxalq valyuta bazarında da çox uğurla işə yarayır.

İchimoku indikatorunun imkanları

İchimoku indikatorunun digər texniki analiz alətlər üzərində ən böyük üstünlüyü odur ki, onun köməkliyi ilə digər indikatorlara əl atmadan, treyder müstəqil şəkildə bu və ya digər valyuta cütlüyünün tam kompleks analizini həyata keçirə bilər.

Daha dəqiq desək:

  • Trendin istiqamətini müəyyən etmək;
  • Dəstək və müqavimət hədlərini müəyyən etmək;
  • Mümkün qayıdış (korreksiya) səviyyələrini nişanlamaq;
  • Bazara giriş və çıxış nöqtələrini seçmək.

Bundan əlavə İchimoku indikatoru eyni bir analitik paket daxilində həm trend indikatorunu, həm də ossilyatoru birləşdirir.

v106

İchimoku indikatorunun quruluşu

İchimoku Kinko Hayo indikatorunun “quruluşu” ilə daha yaxından tanış olun. İndikatorda 5 siqnal xətti işə salınıb.

1. Tenkan-sen – indikatorun qırmızı xəttidir, o doqquz günlük dövr ərzində orta qiyməti göstərir. Tenkan bu formula əsasən hesablanır.

Tenkan= ( 9 günlük maksimim + 9 günlük minimum)/2.

2. Kijun-sen-indikatorun göy xəttidir, o, 26 günlük dövr ərzində orta qiyməti göstərir. Kijun-sen aşağıdakı formula əsasən hesablanır.

Kijun-sen= (26-günlük maksimum+ 26 günlük minimum)/2

3. Senkou Span A – indikatorun qəhvəyi rəngli xəttidir, bu xəttə Tenkan və Kijun-senin orta xəttidir. Senkou Span A= (Tenkan+Kijun)/2

Qrafikdə Senkou A 26 gün qabağa çəkilmiş (yəni qrafikdə sağ tərəfə) şəkildə təsvir olunur.

4. Senkou Span B – indikatorun bənövşəyi rəngli xəttidir, 52 günlük dövr ərzində orta qiyməti göstərir. Senkou B= (52 günlük maksimum+52 minimum)/2

Qrafikdə Senkou B 26 gün qabağa çəkilmiş (yəni qrafikdə sağ tərəfə) şəkildə təsvir olunur.

5. Chinkou Span – indikatorun yaşıl rəngli xəttidir, cari şamın CLOSE (bağlanış) qiymətini 26 gün geriyə çəkilmiş şəkildə göstərir ( qrafikdə sol tərəfdə).

Xətlərdən əlavə İchimoku indikatoru qrafikdə «buludlar » yaradır. Bulud iki Senkou xətti arasında ştrixlənmiş hissədir.

ichimoku

İchimoku Kino Xayo siqnal xətlərinin mənası:

  • Tenkan və Kijun xətləri özlərində müvafiq olaraq qısa və uzun dövrün orta xətlərini əks etdirir. Qiymətin bu xətlərdən yuxarıda yerləşməsi anlama gəlir ki, o artım zonasındadır (aşağı olarsa eniş zonası hesab olunur). Düzdür bu xətlər adət etdiyimiz qərb texniki analizlərindən fərqli olaraq bağlanış qiymətlərinə əsasən deyil, ekstremum –maksimum və minimumlara əsasən hesablanır.
  • Həmçinin Tenkan və Kijun korreksiya qayıdışları zamanı oriyentir qismində çıxış edir. Əgər siz Elliotun dalğalar nəzəriyyəsi ilə tanışsınızsa, bu məntiq sizə aydın olmalıdır: dalğa analizində korreksiya dalğası üçün oriyentir qismində də adətən 50%-lik səviyyə çıxış edir.
  • Tenkan və Kijun xətlərinin qiyməti qrafiki ilə, həmçinin öz aralarında kəsişməsi, qərbi texniki analizində MA –dəyişən ortaq hədlərin kəsişməsi kimi şərh olunur.
  • Bundan əlavə Tenkan trend indikatoru funksiyasını yerinə yetirir: əgər o artırsa buğa trendindən xəbər verir, əgər düşürsə – ay, əgər üfüqi hərəkət edirsə -bazarda flet hökm sürür.
  • Ossilyator rolunu isə (yəni bazarda flet olduğu halda işləmək üçün indikator) İchimoku Kinko Hayo çərçivəsində Chinkou Span xətti yerinə yetirir. Onun hərəkət prinsipi isə məşhur Momentum ossilyatorunda olduğu kimidir: cari qiymətin bir neçə gün öncəki qiymət ilə müqayisəsi ( bu halda isə söhbət 26 gündən gedir).
  • Senkou xətləri dəstək və müqavimət səviyyələridir. Əgər qiymət Senkou A və Senkou B xətləri arasında, yəni buludlarda yerləşərsə, bazarda üfüqi trend var, trendin yüksələn və ya enən olması üçün onun buludlardan kənara (aşağı ya da yuxarı) çıxması tələb olunur.

Peşəkarların məsləhəti

  • İchimoku indikatoru ilə işləyən zaman həmişə yadda saxlamaq lazımdır ki, o ilk öncə məhz fond bazarında işləmək üçün hazırlanıb.
  • Məlum olduğu kimi, səhm bazarında uzunmüddətli investisiyalara daha çox üstünlük verilir: istənilən halda fond bazarında gün daxili intervallarda (intradey) ticarət etmək kifayət qədər çətin və hətta təhlükəlidir.
  • İchimokunun da əsas özəlliyi bundadır-o gündəlik, xüsusən də həftəlik taymfreymdə yaxşı işləyir.

Hətta onun xətlərinin parametrləri həftəlik şamlara hədəflənmədən xəbər verir:

  • Iki aydakı həftələrin sayı – 9,
  • Yarım ildəki həftələrin sayı – 26,
  • Bir il ərzində həftələrin sayı – 52

Professionallar tövsiyə edir: əgər hər şeyə rəğmən İchimoku ilə gün daxili əməliyyatlar keçirmək qərarına gəlmisinizsə, onda 4 saatlıq şamlar seçin.

Son xəbərlər
Digər xəbərlər