Qara dənizdə azərbaycanlıların olduğu yük gəmisi batıb.
Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Cunda” şirkətinə məxsus Palau bayrağı altında üzən “Svetoslava” adlı quru yük gəmisi Türkiyənin Samsun limanından üzü Giurgiulesti Moldova limanına doğru gedirmiş.
Gəminin göyərtəsində 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub. Onların hamısının xilas olunduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd olunur ki, dənizçilərin vəziyyəti qənaətbəxşdir.






