Azərbaycanda 2026-cı ilin icmal büdcəsinin xərclərinin yuxarı həddi 48 milyard 839 milyon 322,6 min manat və ya əvvəlki ilə nisbətən 1 milyard 209 milyon 885 minmanat (2.5%) çox nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 milyard 902 milyon 226,6 min manat məbləğində müəyyən edilib.