2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 20 milyon manat artırılaraq, 37 milyard 969 milyon 346.5 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 milyard 949 milyon 346,5 min manat müəyyən edilmişdi.