15 C
Baku
Saturday, October 19, 2024

ICO ilə nə baş verəcək: 2017-ci ilin yekunları və 2018-ci il üçün proqnozlar

2016-cı ildə ümumilikdə dəyəri 96 milyon dollar təşkil edən 46 ICO həyata keçirilib. Rekord Aleksandr İvanovun rus şirkəti Waves-ə məxsus idi. Şirkət ICO gedişində 16 milyon dollar cəlb edə bilmişdi. 2017-ci ildə vəziyyət tamamilə dəyişdi.

2017-ci ilin dekabr ayının ortalarına olan statistika belədir: ümumilikdə dəyəri 3,7 milyard dollar təşkil edən 234 ICO. Belə ki, 5 layihə 150 milyon dollardan çox vəsait cəlb edə bilib. Ən nəhəng ICO prosesi Filecoin – 257 milyon dollar – məxsusdur.

Kaliforniyanın Protocol Labs şirkətinin bu layihəsi istifadəçilərə xüsusi proqram təminatının köməkliyi ilə öz məlumatlarını sərt diskdə saxlamağa imkan verir ki, bunun da qarşılığında istifadəçilər mükafat qismində filecoins-lər əldə edirlər. Bu filecoins-ləri isə digər kriptovalyuta ilə mübadilə etmək mümkündür. Filecoin-in əsas xüsusiyyəti ona yalnız təsdiqlənmiş investorların (banklar, şirkətlər və nəhəng özəl investorlar) yatırım edə bilməsi idi. Layihə “ilk tənzimlənən ICO” adlandırılır və böyük ehtimalla gələcək trendlərin ilk xəbərçisidir.

2017-ci ilin ikinci yarısından başlayaraq uğurla həyata keçirilən ICO-ların sayında əhəmiyyətli düşüş müşahidə edilib. ICO Ratings məlumatlarına görə, cari ilin ilk yarısında uğurlu əməliyyatlar 50% təşkil edirdi. Yayda bu göstərici təqribən üçdə bir, payızda isə 20% idi. Belə ki, ICO boomu geridə qaldı. Bazar daha təcrübəli, komandalar professional, investorlar isə daha ağıllıdır.

2017-ci ilin ikinci yarısında uğurlu layihələrin böyük əksəriyyəti “adi” istifadəçilərdən deyil, özəl, orta və yaxud nisbətən böyük investorlardan vəsait cəlb edir. Məhz bu investorlar “Filan layihə 30 saniyə ərzində on milyonlarla dollar cəlb etdi” fenomeninin əsas səbəbkarlarıdır. Bu trend gələn il ərzində də davam edəcək: nəhəng, ciddi layihələr vəsaitin əsas hissəsini sadə istifadəçilərdən deyil, investor və özəl fondlardan cəlb edəcəklər.

Artıq gələn ilin əvvəlindən vençur investisiyalarında olduğu kimi A, B və s. ICO mərhələləri görəcəyik. Hazırda biz sadəcə işə başlamaq üçün pulun toplanıldığı preICO görürük. İndi isə hər şey başqa cür olacaq: şirkətlər ICO həyata keçirdikdən sonra məhsul yaradacaq, bazara çıxacaq, müxtəlif hipotezləri sınaqdan keçirəcək, bundan sonra isə hər şey vençurda olduğu kimi yeni maliyyələşmə cəlb edəcəklər.

Kriptocəmiyyət mütəxəssisləri belə düşünür ki, layihələr məhsulun ideyası üçün pul toplamaq üçün deyil, artıq hazır məhsul ilə ICO həyata keçirməlidir. Nəhəng investorların gəlişi ilə məhz bu baş verəcək. ICO keçirmək üçün mütləq şərt olaraq işə yarayan MVP prototipinin olması çıxış edəcək.

 

Son xəbərlər
Digər xəbərlər