31 C
Baku
Wednesday, July 24, 2024

İcra başçıları görüşdü, su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi

Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.

Bununla bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev başda olmaqla, cəmiyyətinin nümayəndələri, su suvarma suyunun düzgün bölüşdürülməsi ilə bağlı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, “Azərsu” ASC-nin birinci müavini Teyyub Cabbarov və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının icra hakimiyyəti başçıları, yerli istismar idarələrinin rəhbərləri və yerli DAİM-lərlər görüşüblər.

 

Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.

Son xəbərlər
Digər xəbərlər