Bu dəqiqlərdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
Rayonun icra başçısı Vilyam Hacıyev və bir neçə məmur saxlanılıb. Bunu “BakuPost” bildirir.
Haqqında
Vilyam Hacıyev — 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olmuşdur.
1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.
1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.