13 C
Baku
Saturday, April 27, 2024

İmişlinin 62 yaşlı icra başçısı DTX tərəfindən saxlanıldı

Bu dəqiqlərdə Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir.

Rayonun icra başçısı Vilyam Hacıyev və bir neçə məmur saxlanılıb. Bunu “BakuPost” bildirir.


Haqqında

Vilyam Hacıyev — 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olmuşdur.

1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.

1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər