10 C
Baku
Wednesday, December 11, 2024

İcra başçısına 11 il iş verildi

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.

Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib.

Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

bilesuvar bashchi

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər