15 C
Baku
Monday, April 21, 2025

İcra başçısına 39 yaşlı I müavin TƏYİN edildi

Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib.

Banker.az xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Həsənli Elşən Nazim oğlu I müavin təyin edilib. Buna qədər I müavin Məmmədov Güloğlan Məmməd oğlu idi.

Həsənli Elşən Nazim oğlu  1986-cı ildə  Yevlax şəhərində anadan olub.

2006-cı   ildə   Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik   Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Son xəbərlər
Digər xəbərlər