13 C
Baku
Monday, April 21, 2025

İcra başçısına xanım müavin təyin edildi

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Banker.az-ın əldə etdiyi xəbərə görə, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrablı Töhrab qızı başçısının birinci müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib. Bununla belə, başçının I müavini vəzifəsi hələ ki, vakantdır.

Töhrablı Xəyalə Töhrab qızı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.

2000-2004-cü illərdə Şəki Musiqi texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.

2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olmuşdur.

2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər