Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə 5 nəfər məktəb direktoru dindirilib.
Şahidlərin hər biri ifadələrində təqsirləndirilən şəxslə münasibətlərinin olmadığını, sabiq icra başçının onlardan pul tələb etmədiklərini bildiriblər.
Rüşvət epizodu ilə bağlı danışan direktorlardan ikisi təyinat üçün Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya rüşvət verdiklərini deyiblər. Şahidlərin ifadələrindən belə olub ki, direktor təyinatı üçün onların birindən 15 min, digərindən isə 17 min manat pul alınıb.
Proses martın 25-də davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.