25 C
Baku
Monday, April 29, 2024

İcra başçısının müavini işdən çıxarıldı – Yeni təyinat

Babək rayon icra başçısının müavini işdən azad olunub.

Bununla bağlı Babək Rayon İcra hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən çıxarılıb.

Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər