Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.
Banker.az-ın əldə etdiyi informasiyaya əsasən, Cəlilabad RİH başçısı Rafiq Cəlilovun əmri ilə başçının müavini Şükürov Nazim Səyyadxan oğlu vəzifəsindən azad edilib.
O həmçinin RİH-də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi.
Onun yerinə təyinat olmayıb.
Beləliklə, başçının hazırda birinci müavinin vəzifəsində Qalib Xudaverdiyev çalışır, lakin iki müavin vəzifəsi vakantdır.
Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.
Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.