10 C
Baku
Bazar, Dekabr 5, 2021

İcra Hakimiyyətinə məxsus anbardan oğurluq edildi

Lənkəran rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbarda oğurluq hadisəsi olub.

Banker.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir sexdən dril və laqunda, rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbardan 1100 manat dəyərində təmir-tikinti aləti, 100 metr kabel və 10 ədəd lampa oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Cəfərov saxlanılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X