4 C
Baku
Thursday, January 15, 2026

İcra Hakimiyyətindən 4 şirkətə 2 milyon manatlıq sifariş

Lənkəran Şəhəri İcra Hakimiyyəti 4 şirkət və iki şəxslə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Star Layts” MMC, “Dizayn İnşaat Group” MMC, Lənkəran Yol Tikinti ASC, “Core Construction” MMC və Kərimov Arif Sənan oğlu, Qəribov Mehman Ağababa oğludur.

İcra Hakimiyyəti “Star Layts” MMC ilə tikinti materiallarının satınalınması üçün 213 min 946 manatlıq, “Dizayn İnşaat Group” ilə yaşayış binalarının əsaslı təmir işləri üçün 285 min 407 manatlıq, Lənkəran Yol Tikinti ASC ilə avtomobil yollarının təmir işləri üçün 790 min 256 manatlıq, “Core Construction” MMC ilə yol kənarındakı hasarların və parkların təmir işləri və gül kollarının alınması üçün 620 min 293 manatlıq, Kərimov Arif Sənan oğlu ilə  dekorativ ağac və gül kollarının satınalınması üçün 17 min 774 manatlıq, Qəribov Mehman Ağababa oğlu ilə isə dəftərxana ləvazimatı və təsərrüfat mallarının alınması üçün 13 min manatlıq müqavilə bağlayıb.

Bildirək ki, bu bağlanan müqavilələrin cəmi məbləği isə 1 milyon 940 min 676 manadır.

Son xəbərlər
Digər xəbərlər