23 C
Baku
Monday, August 25, 2025

İcra Hakimiyyəti başçısına daha bir xanım müavin təyin edilib

Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.

Report-un Cənub korrespondunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.

O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər