Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.
Banker.az-ın mənbənin Mil-Muğan bürosuna istinadla məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.
Report