25 C
Baku
Thursday, August 18, 2022

İcra İşləri üzrə Hüquqşünas (FINCA Azerbaijan)

İŞÇININ VƏZIFƏSI:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi;
• Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
• İcra mərhələsində  ərizə və vəsatətlərin  hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
• İcra işləri Şöbəsinin Rəhbəri  tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

TƏLƏBLƏR:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və bank qanunvericiliyini mükəmməl bilməli;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 may 2015-ci il  tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№220/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər